Gəncədə 42 yaşlı qadın intihara cəhd etdi

Hadisə
25 Haz 2021
10:49
Gəncə şəhər sakini intihara cəhd edib.

“zirvetv.az” xəbər verir ki, 1979-cu il təvəllüdlü G.H evində 60 ədəd “Dipogen” adlı dərman qəbul edərək özünü öldürməyə çalışıb.

O dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti normaldır. G.H-nin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.