Mübahisə zamanı gəncin başı daşa dəyərək öldü

Hadisə
7 Haz 2021
06:41
Sumqayıtda bədbəxt hadisə baş verib.

“zirvetv.az ” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib.

Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.