Filippinin Luson adasında 4,1 bal gücündə zəlzələ baş verib.
Zirvetv.az Filippinin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 4,2 min əhalisi olan Viqan şəhərindən 41 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.