Zorlamada ittiham olunaraq 2 il həbsdə yatdı, sonra bəraət aldı

Hadisə
20 May 2021
20:57
Bakıda 7 il öncə internet vasitəsilə tanış olduğu qadını bir neçə dəfə bıçaq və biz ilə hədələyərək zorlamaqda ittiham olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eşqin Quliyev (şərti) sonradan bəraət alıb.

“zirvetv.az ” xəbər verir ki, Arzu Seyidova (şərti) hüquq-mühafizə orqanlarına müraciət edərək E. Quliyevin ona Abşeron rayonunda yerləşən “Neapol” hotelində və Səbail rayon ərazisindəki Şıx çimərliyində təcavüz etdiyini bildirib. Onun şikayəti əsasında E.Quliyev həbs edilib.

A.Seyidova iddia edib ki, E. Quliyevlə instaqramda tanış olub və onunla ilk dəfə “Neapol” hotelində görüşüb: “Eşqin mənimlə evlənəcəyini deyərək görüşməyə israr edirdi. Amma görüşəndən sonra mənə zor tətbiq edərək cinsi əlaqadə olmaq istədi. 2014-cü ilin dekabrında məni “Neapol” hotelinə apardı. Daha sonra maşından düşmədiyimi görərək saçlarımdan tutub zorla 22 nömrəli otağa saldı. Mənim üzümə və bədənimə zərbələr vuraraq boğazıma bıçaq dayadı. Bundan sonra mənə qarşı seksual hərəkətlər etdi”.

E. Quliyevin vəkili Cavid Rzazadə isə bu ittihamların yalan olduğunu bildirib. O qeyd edib ki, A. Seyidova ifadəsində hotelin 22 saylı otağının domik və kabinlər şəklində olduğunu desə də, bunun yalan olduğu ortaya çıxıb. Vəkil həmin otağın pilləkənlərinin ifadədə göstərildiyi kimi taxtadan yox, mərmərdən olduğunu açıqlayıb: “Şikayətçinin iddiasında qeyd olunub ki, Quliyev onu sürüyə-sürüyə hotel otağına aparıb. Amma bu, mümkün deyil. Heç bir hoteldə “resepşn”a yaxınlaşmadan içəri girmək mümkün deyil. Hətta hotelin mühafizə rəisi də qeyd edib ki, belə hal olsaydı, onlar mütləq polisə müraciət edərdi. Həmçinin hotelin sifariş üçün olan nömrəsinə Quliyev tərəfindən heç bir zəng edilmədiyi də sübuta yetirilib”.

Vəkil bildirib ki, Arzu Seyidovanın ifadəsində hotelin otağında döyülməsi və otaqda olan armudu stəkanı götürərək qolunu kəsməsi yer alıb: “Həmin vaxt Seyidova 3 dəfə bacısı Aytənlə danışıb. Əgər belə bir şey olsaydı, ona deyərdi ki, mənə qarşı burada təcavüz var. Mesajlardan da aydın olur ki, Seyidova qolunu evdə özü kəsib.