Piyadanı maşın vurub öldürdü Piyadanı maşın vurub öldürdü

Hadisə
18 May 2021
07:57
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zirvetv.az məlumatına görə, Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsevər Allahverdiyev yolu keçmək istəyən zaman onu “VAZ- 21015” markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan E.Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.