Şəkidə 31 yaşlı kişi yol qəzasında xəsarət aldı

Hadisə
18 May 2021
07:36
Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zirvetv.az məlumatına görə, hadisə Qoxmuq kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Elnur Qurban oğlu xəsarət alıb.

Yaralı əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Ona diz qapağının sınığı diaqnozu qoyulub.