Torontoda atışma: 1 ölü, 3 yaralı

Hadisə
17 May 2021
06:38
Kanadanın Toronto şəhərində atışma nəticəsində bir nəfər həyatını itirib və üç nəfər yaralanıb.

Bu barədə “zirvetv.az ” CBC telekanalına istinadən xəbər verir.

Onun məlumatına görə, şəhərin qərb hissəsindəki rayonların birində maşından düşən naməlum kişi digər avtomobildə əyləşən insanlara atəş açıb. 4 yaralı xəstəxanaya çatdırılıb, onlardan biri dünyasını dəyişib.

Atəş izləri yaxınlıqdakı evdə də aşkar edilib, orada heç kim xəsarət almayıb. Cinayətkar hadisə yerindən qaçıb, polis onu axtarır.