Sabirabadda yanğın zamanı 1 nəfər xəsarət alıb

Hadisə
18 Nis 2021
09:14
Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

"Zirvetv.az "Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisı rayonun Quruzma kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.