Gəncədə azyaşlı dəm qazından zəhərlənib

Hadisə
18 Nis 2021
09:08
Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Zirvetv.az yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 2008-ci il təvəllüldü Məmmədov Saləddin Məzahir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, azyaşlı yaşadığı evin vanna otağında zəhərlənib.