Gəncədə iki minik avtomobili toqquşub

Hadisə
18 Nis 2021
09:07
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Zirvetv.az yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan "Lada Priora" markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.