Bakı sakini tanışı tərəfindən bıçaqlanıb

Hadisə
18 Nis 2021
08:56
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zirvetv.az xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həziyev Vüsal İlqar oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.