Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Zirvetv.az xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.
1969-cu il təvəllüdlü Əliyev İlqar Yadulla oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.