16 yaşlı oğlan məktub yazıb evdən QAÇDI

Hadisə
17 Nis 2021
14:01
Türkiyədə 16 yaşlı oğlan məktub yazaraq evdən qaçıb.

Zirvetv.az türk mətbuatına istinadən xəbər verir ki, Aydında 16 yaşlı Efe.İ.K məktub yazıb, evdən çıxıb və geri qayıtmayıb.

Məktubda Efe.İ.K "Mən artıq böyümüşəm və öz başımın çarəsinə baxacağam" sözlərini yazıb.

Oğlunun məktubunu görən ana onu axtarmağa başlayıb, tapa bilmədikdə isə polisə məlumat verib.