Əfqanıstanda üç ay ərzində 600-ə yaxın dinc sakin həlak olub

Hadisə
15 Nis 2021
07:09
Əfqanıstanda bu ilin birinci rübündə 573 dinc sakin həlak olub.

“zirvetv.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib.

UNAMA-nın məlumatına görə, bu ölkədə davam edən zorakılıq nəticəsində 1 210 dinc sakin yaralanıb.

Cari ilin ilk üç ayında Əfqanıstanın mülki əhalisi arasında qurbanların sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 29 % artıb.

Məlumatda Əfqanıstanın dinc sakinlərinin toqquşmalar, bomba partlayışları və sui-qəsdlər nəticəsində həlak olmasına diqqət yetirilir.

Yalnız toqquşmalar nəticəsində hesabat dövründə 179 dinc sakin həlak olub. Bununla yanaşı, həlak olanlar arasında qadın və uşaqların olması faktı dəhşət doğurur.