Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik

Hadisə
26 Ock 2021
12:58
Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik


Bakıda tanınmış mərhum müğənninin gənc qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Mətiş Mehrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

zirvetv.az Unikal.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Mətiş Təbriz oğlu Mehrəliyevin gənc qıza qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.Mətiş Mehrəliyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Mətiş Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.