Hindistanda avtobus dərəyə düşüb, ən azı 10 ölüb

Hadisə
11 Nis 2021
08:39
Hindistanda sərnişin avtobusu yol kənarındakı xəndəyə düşüb.

Zirvetv.az TASS-a istinadən verdiyi məlumata görə, hadisə Uttar Pradeş ştatında baş verib.

Qəza nəticəsində ən azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.