20 yaşlı oğlanı cərəyan vurdu

Hadisə
10 Nis 2021
13:47
Cəlilabadda gənci elektrik cərəyanı vurub.

“Zirvetv.az” xəbər verir ki, hadisə bu gün rayonun Alar kəndində baş verib. Belə ki, kənd ərazisindəki yüksək gərginlikli elektrik xətti qəfildən qırılaraq yerə düşüb, bu zaman yaxınlıqdan keçən 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğluna toxunub.

Ağır dərəcəli yanıq xəsarətləri alan Ə. Mirzəyev rayon xəstəxanasına, xəsarətləri ağır olduğuna görə daha sonra Bakı şəhərinə ixtisaslaşmış səhiyyə ocağına yola salınıb.

Faktla bağlı araşdırma aparılır.