ABŞ-da atışma - 1 ölü, 4 yaralı

Hadisə
9 Nis 2021
10:08
ABŞ-ın Brayan şəhərində (Texas ştatı) baş vermiş atışma nəticəsində bir nəfər həyatını itirib, azı dörd nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Zirvetv.az ” CBS teleşirkətinə istinadən xəbər verir.




Polis istintaq çərçivəsində şübhəli şəxsi saxlayıb. Teleşirkətin məlumatına görə, o, böyük ehtimalla, insidentin baş verdiyi mebel istehsalı müəssisəsinin əməkdaşıdır.