Rusiyada son sutkada 336 nəfər koronavirusdan ölüb

Gündəm
28 Mrt 2021
18:57
Rusiyada koronavirusa yoluxanların sayı 4,51 milyonu keçib.

Zirvetv.az TASS-a itinadən verdiyi məlumata görə, ölkədə son sutka ərzində 9 088 nəfər virusa yoluxub, 336 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 519 832 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 97 740 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 139 128 şəxs virusdan sağalıb, 282 964 nəfərin müalicəsi isə davam edir.