Hərbçilər üçün hazırlanan konservlərin satışa çıxarılması məlumatları yalandır - DSX

Gündəm
27 Mrt 2021
16:10
Dövlət Sərhəd Xidməti (DSX) qurumun hərbi qulluqçuları üçün ayrılmış ərzaq məhsullarının Ukraynabazarlarında satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat xidmətindən zirvetv.az verilən məlumatda bildirilir ki, bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib: "Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.


Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir".