Tərtərdə gizli toy məclisi aşkarlandı

Gündəm
27 Mrt 2021
14:05
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan zirvetv.az verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.