Azərbaycan hərbçiləri Türkiyədə terrorçularla mübarizə təlimlərində iştirak edib

Gündəm
27 Mrt 2021
07:49
Azərbaycan ordusunun hərbçiləri Türkiyədə təşkil edilmiş terrorçularla mübarizə təlimlərində iştirak edib.

Zirvetv.azn məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza "Terrorçuyla mübarizə və hava hücumu hərəkatı" üzrə təlimlər keçilib".