Ukraynada koronavirusla bağlı antirekord qeydə alınıb

Gündəm
25 Mrt 2021
15:33
Ukraynada koronavirus pandemiyası dövründə ən yüksək gündəlik yoluxma və ölüm halları qeydə alınıb.

Zirvetv.azin məlumatına görə, bunu ölkəin səhiyyə naziri Maksim Stepanov deyib.

Onun sözlərinə görə, ötən gün Ukraynada 16 669 nəfər koronavirusa yoluxub, 362 nəfər həyatını itirib.

Bundan əvvəlki rekord göstərici martın 23-də qeydə alınmışdı. Həmin gün 14 174 nəfər yoluxmuş, 342 nəfər vəfat etmişdi.

Bu günədək ölkədə 1,6 milyona yaxın yoluxma, 32 mindən çox ölüm qeydə alınıb.