Ermənistanın reanimasiya şöbələrində yer qalmayıb - Səhiyyə Nazirliyi

Gündəm
25 Mrt 2021
10:30
Ermənistanda koronavirusa gündəlik yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer qalmayıb.

Zirvetv.az erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, hazırda ölkə üzrə reanimasiya şöbələrində 262 yerdən 259-u tutulub. Müalicə olunan koronavirus xəstələrinin 750-si ağır vəziyyətdədir, 63 nəfər isə süni nəfəs aparatına qoşulub.

Ötən gün Ermənistanda 1 164 yeni yoluxma qeydə alınıb. Bu günədək virusdan ölənərin sayı 3 400-ə çatıb.