Bir ayda 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

Gündəm
23 Mrt 2021
11:52
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.

Zirvetv.az məlumatına görə, bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.

Bununla da ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.