Dünyada ötən sutka koronavirusa 455 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 455 mindən çox artıb.
Zirvetv.azin TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 455 964 nəfər yeni koronavirusa yoluxub, 7 291 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 992 844, ölənlərin isə 2 711 071 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.