MN Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

Gündəm
20 Eyl 2023
03:02
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır.