Sülhməramlılara məxsus mövqeyin atəşə tutulması yalandır

Gündəm
20 Eyl 2023
02:58
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.