Heydər Əliyev və Şuşa xatirələri” adlı tədbir keçirildi

Gündəm
27 May 2023
10:06
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Şuşa xatirələri” adlı tədbir keçirdi.
Tədbir iştirakçıları Heydər Əliyev muzeyini ziyarət etdilər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Ulu Öndər və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı İradə Hüseynova açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, 44 günlük Vətən müharibəsi xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. O, Şuşa şəhərinin tarixindən, Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qəhrəmanlığı sayəsində Şuşanın işğaldan azad olunmasından, bu qədim şəhərin Azərbaycanın mədəniyyət beşiyi olmasından məlumat verdi.
Tədbirdə “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri, , şair-publisist Pərvanə Abdullayeva, AYB-nin üzvu, , şair-publisist Raziyə Rzayeva, AYB-nin üzvü, şair-publisist Sevindik Nəsiboğlu, AYB-nin üzvü Leyla Mətin, qazi-leytenant Səməd Atakişiyev, xeyriyyəçi Şükufə Qarabağlı, Abşeron rayonu üzrə Qazilər Şurasının sədri Saleh Hacıyev, qazi Habil Rüstəmov, kəşfiyyatçı İlham Baxışov, müharibə veteranı Ramiz Yusubov, qazi Asif Yunusov,Yasamal rayon 158 nömrəli tam orta məktəbin dərnək rəhbəri Pərzad Vahabova, 13 və 167 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri, gənc müğənni Sevinc Şuşalı, Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və s. iştirak etdilər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev siyasətindən, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə dağıntılara məruz qaldığı tarixi abidələrdən, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun böyük Zəfərə imza atdığından, bizə Qələbə sevinci yaşatmasından söhbət açdılar.
Opera sənətçisi, türk dünyasının dərvişi, folklor sənətinin davamçısı İlham Əsgəroğlu çıxışından sonra “Çırpınırdı Qara dəniz” mahsını ifa etdi.
13 nömrəli tam orta məktəbin şagirdi Nilay Qarayeva Azərbaycan və ingilis dilində monoloq söylədi.
Tədbirdə 158 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar nümayiş olundu.
Gənc mügənni Sevinc Şuşalı Şuşanı vəsf edən “Şuşanın dağları” mahnısını ifa etdi.
Mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifası maraqlı və yaddaqalan oldu.
Tədbirin sonunda “Heydər Əliyev və Şuşa xatirələri” adlı videoçarx nümayiş olundu.
Tədbir iştirakçıları Mərkəzi Kitabxananın mövzu ilə əlaqədar hazırladığı sərgi ilə tanış oldular.