Xaçmazda doğulan Zəfər coşqu ilə qarşılandı

Gündəm
15 May 2023
17:10


Vətən Müharibəsindən sonra ailə həyatı quran xaçmazlı qazi Zeynal Məmmədovun Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində oğlu dünyaya gəlib.



"ZirveTv" xəbər verir ki, Vətən Müharibəsində Qubadlı-Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Zeynal Məmmədov yeni doğulan körpəni 44 günlük tarixi qələbəmizin şərəfinə Zəfər adlandırıb.
Zəfər adı verilən körpə bu gün xəstəxanadan Z.Məmmədovun döyüş yoldaşlarının iştirakı ilə evə buraxılıb.