Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Gündəm
20 Ock 2023
10:29
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar Füzuli də. anım mərasimləri keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Füzuli rayon 1 nomrəli peşə məktəbində keçirilən anım tədbirində qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, zaman-zaman xalqımıza qarşı törədilmiş bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətlərə qarşı sinəsini sipər etdi.

Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. İndi düşməndən azad edilən bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin























[b][/b]!