Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması məlumatı yalandır - MN

Gündəm
20 Ara 2022
12:14
Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması məlumatı yalandır - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilir.