Eynəksiz işləyən 80 yaşlı modelyer Səlamət nənə: “Heç vaxt makiyaj etməmişəm”

Gündəm
9 Ara 2022
22:02
"Heç vaxt makiyaj etməmişəm, qələm gözə ziyandır".

Bu sözləri Qax sakini 80 yaşlı dərzi Səlamət Piranova Baku TV-yə açıqlaması zamanı deyib.

60 ildir bu sənətlə məşğul olan Səlamət nənənin iynə-sapı hələ də əlindədir.

Gözünün nuru, əlinin zəhməti, ürəyinin sevgisi ilə çalışan Səlamət nənə zövqdən də danışdı, dəbdən də.