Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə getdi

Gündəm
16 Eyl 2022
15:14
Dünən Azərbaycanda yeni dərs ili başlayıb.

Ilk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.

Onlardan biri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyevin oğlu Qabildir. Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.

Dünən həmçinin, şəhid leytenant Qabil Orucəliyevin doğum günüdür.

Qeyd edək ki, Q.Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.