2 saylı psixiatrik kliniki xəstəxanada BİABIRÇILIQ - İŞÇİLƏRİ NARAZI SALAN SƏBƏB...

Gündəm
20 Ağu 2022
15:15
2 saylı Kliniki Psixiatriya Xəstəxanasından şikayətlərin ardı-arası kəsilmir. Müxtəlif adlar altında xəstəxana personalından pul yığılması ilə yanaşı, əməkdaşların əmək haqlarından vəsaitin tutulması böyük narazılıq yaradıb.
Redaksiyamıza daxil olan məlumata görə, mühasibat şöbəsi hər ay müxətlif bəhanələr və xüsusilə də zərəri əsas gətirərək maaşlardan tutur. Nəticədə bir ay ərzində işləyən və alacağı əmək haqqına ümid bəsləyən sıravi həkimlər, tibb bacıları çətin vəziyyətdə qalır.

Məlumata görə, həkimlərin, tibb bacılarının maaşına olan əlavələr, gecə növbələri üşün verilməli olan vəsait hər dəfə müxtəlif bəhanələrlə kəsilir. Kütləvi narazılıqdan sonra mühasibatlıq bunu işlərin ağırlığı, hesablama zamanı yaranan problemlərlə əlaqələndirib və gələn ay üçün vəsaitlərin tam ödəniləcəyini bildirib. Ancaq əməkdaşlar bildirirlər ki, bu, ilk belə fakt deyil və davamlı olaraq təkrarlanır. Buna görə də əməkdaşların şikayətlərinin Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərdikləri, lakin hələlik araşdırma nəticəsi barədə onlara məlumat verilmədiyini bildirirlər.

"Zirvetv.az -a təqdim olunan səs yazılarından da aydın olur ki, mühasibat şöbəsi maaşlardan tutulmaların qanunsuz olduğunu etiraf edir, bunu hesablama zamanı yaranmış problemlərlə əlaqələndirir. Personala əmək haqqı və əlavələrdən tutulmaların gələn aylarda ödəniləcəyi vəd edilsə də, artıq bu vəziyyət davamlı hal aldığından şikayətlər kəsilmir.