DİPLOMUNA GÖRƏ PREZİDENTİN KÖMƏKÇİSİ VƏ MƏTBUAT KATİBİNƏ ÜZ TUTDU - AzTU-nun rektorundan ŞİKAYƏT

Gündəm
12 Ağu 2022
18:53
qarşısında əsaslandırılmış arqumet niyə qoyulmur, bilinmir. Nədir onları ora özləri üçün çalışmağa, kapital toplamağa, müxtəlif rakuslardan şəkil çəkdirib google yükləməyə göndəriblər."



Pərviz Davudov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi Azər Qasımov cənablarına müraciət edərək, ona köməklik edilməsini hər iki şəxsdən xahiş edir.O, müraciətində bildirir: "Fuad Ələsgərov və Azər Qasımov cənablarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının siyasətinə sadiq şəxslər hesab etdiyimdən onlardan diplomumun verilməməsinin məndən aslı olub-olmadığının araşdırılmasına göstəriş vermələrini xahiş edirəm. Arayış üçün bildirirəm ki, Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə köçürülmüşəm. Orada 1 il oxuduqdan sonra AzTU rəhbərliyinin qərarına əsasən, Nəqliyyat və Logistika fakültəsinə köçürülmüşəm. 3 il Nəqliyyat və Logistika fakültəsində ödənişli əsaslarla (5200 AZN) oxumuşam. Bütün imtahanları vermişəm, dövlət imtahanını müdafiə etmişəm. Bu fakültəni 2021-ci ildə bitirmişəm.
İndi Təhsil Nazirliyi və AzTU rəhbərliyi mənə diplom verilməsini uyğun bilmir. Səbəb də o gətirilir ki, fakültədən-fakültəyə keçirildiyim zaman adım Təhsil Nazirliyinə göndərilən tələbələrin siyahısında qeyd edilməyib. Texniki səhv olub, ona görə də mənə diplom verilmir. Daha düşünmək istəmirlər ki, bu texniki səhvi Davudov Pərviz Rahim oğlu edib ki, ona diplom verilmir. Sanki məktubu tərtib etməli və adımı siyahıya da özüm yazmalıyammış.

Fuad Ələsgərov və Azər Qasımov cənablarından baş vermiş bu texniki səhvin aradan qaldırılmasında köməklik göstərmələrini xahiş edirəm.