Gürcüstanın baş naziri azərbaycanlı vətəndaşları Novruz bayramı münasibətilə təbrik edib

Gündəm
21 Mrt 2021
14:52
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Zirvetv.az "1TV"yə istinadən verdiyi məlumata görə, Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib:

"Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı - yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram".