Konflikt Jurnalistikası Məktəbi”nin praktik təlimləri davam edir

Gündəm
5 Tem 2022
22:58
“Konflikt Jurnalistikası Məktəbi”ndə praktik təlimlərin 4-cü günündə
iştirakçılara taktiki atış məşqləri keçirildi.
05.07.2022 tarixində KJM (Konflikt Jurnalistikası Məktəbi) təlimlərində
iştirakçılara Sülhməramlı Qüvvələrin fəaliyyəti, müxtəlif ölkələrdə vəzifə
öhdəlikləri və missiyaları geniş şəkildə izah edildi.
Günün 1-ci yarısında iştirakçılar Cənubi Afrika istehsalı olan hərbiçi heyətin
daşınmasını təmin edən zirehli texnikalarla tanış oldular və test sürüşünü
həyata keçirdilər.
Günün 2-ci yarısında isə jurnalist heyətinə kəşfiyyat qrupu zabitləri tərəfindən
“Pusqu” və “Basqın” təlimləri keçirildi.
Kəşfiyyat qrupu zabitləri real “Pusqu” səhnəsini canlandıraraq anı yaşatdılar.
Həmçinin təlimçi Vüqar İbadov tərəfindən “Pusqu” əməliyyatı zamanı
jurnalistlərə çəkiliş planlarını, jurnalistlərin necə və harda dayanmalı olduqlarını,
çəkiliş planlarını və s. öyrətdi.
Ən sonda isə təlimalanlara Kəşfiyyat qrupu tərəfindən siilahlardan istifadə və
taktiki atış məşqləri keçirilərək təlim günü sonlandırld.Asiman Dadaşova