Rusiyada 2021-ci ilin iki ayında 4,3 min nəfər cinayətlərin qurbanı olub

Gündəm
21 Mrt 2021
12:25
Rusiyada cari ilin ilk iki ayında cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfər isə xəsarət alıb.

Zirvetv.az TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yanvar-fevral ayları üzrə cinayətkarlığa dair vəziyyətlə bağlı statistikasında bildirilir.

Məlumatda deyilir: "2021-ci ilin ilk iki ayı ərzində müxtəlif cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfərə isə ağır xəsarətlər yetirilib".