Uşaqları sürətlə yayılan təhlükəli virusdan necə qoruyaq? - Həkimdən MƏSLƏHƏTLƏR

Gündəm
29 Nis 2022
04:37
Uşaqları sürətlə yayılan təhlükəli virusdan necə qoruyaq? - Həkimdən MƏSLƏHƏTLƏR

Son zamanlar uşaqlar arasında qusma və islah ilə müşahidə edilən infeksion xəstəlik yayılıb.

Sosial şəbəkələrdə valideynlər tərəfindən demək olar ki, övladlarında aşağı-yuxarı eyni simptomların olduğunu yazırlar. Daha çox bağça yaşlı uşaqlarda müşahidə edilsə də, məktəblilər arasında da virusa yoluxanlar az deyil.

Hər kəs uşaqlarını bu xəstəlikdən qorumaq üçün yol axtarır. Təbii məsələdir ki, uşaqlar bir-biri ilə oynayarkən, eyni mühitdə olarkən gigiyena qaydalarına böyüklər qədər riayət etmirlər. O zaman hərarət, qusma, ishal ilə müşahidə edilən virusa uşaqların yoluxma riski harada daha çoxdur?

Məsələ ilə bağlı Korrupsiya.com-a danışan həkim-pediatr Günay Rəsulova uşaqlar arasında qusma, islah, hərarətlə müşahidə edilən xəstəliyin müayinəsi zamanı nəticələrin 90 faizində Adeno-Rota infeksiyasının çıxdığını deyib:

“Adeno-Rota virus zamanı uşaqlarda davamlı qusma, şiddətli islah və düşmək bilməyən qızdırma əlamətləri olur. Valideynlər buna fikir verməlidirlər. Xüsusilə bağçaya, məktəbə gedən uşaqlar arasında yoluxma halları daha çox müşahidə edilir. Çalışın ki, uşağın ümumi vəziyyəti yaxşı deyilsə, halsızdırsa, onu məktəbə, bağçaya göndərməyin.

Qusma və islah zamanı ilk fikir verilməli məqam uşaq orqanizmində su itkisinin qarşısını almaqdır. Bu mütləqdir, çünki əgər uşaq su içmirsə, ona alternativ yollarla su içirtməyə çalışın. Yemək yemirsə, onu yeməyə məcbur etməyin, lakin suyu məcbur da olsa verin. Bunların heç birini edə bilmirsə, mütləq həkimə müraciət edin. Çünki su itkisi uşağın vəziyyətinin ağırlaşmasına, hərarətin aşağı düşməsinə mane olan məqamdır. Hətta vəziyyət o yerə gələ bilər ki, uşağın xəstəxanaya yerləşdirilməsi ilə müalicə prosesinin uzanması ilə nəticələnə bilər”.

Həkim qeyd edir ki, uşaqlar arasında yayılan virusun ev şəraitində böyüklərə və ev sakinlərinə keçməsi halları da artıb:

“Əsas valideynlər bu kimi məqamda həm özlərinin, həm də uşaqların gigiyena qaydalarına ciddi fikir versinlər. Çünki bu infeksiya həm hava-damcı yolu, həm qida, həm də əşyalarla təmas şəraitində yoluxa bilir.