Bu gecə ilk Qədr gecəsidir

Gündəm
20 Nis 2022
05:05
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

"Zirvetv.az" xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 19-dan 20-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.