Moskvadan İrəvana uçan təyyarə geri qayıtmalı oldu

Gündəm
10 Nis 2022
17:16
Moskva-İrəvan marşrutu ilə uçan təyyarə Jukovski hava limanına qayıdıb.

"Zirvetv.az " xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Xidmətindəki mənbə bildirib.

"Moskva-İrəvan reysi ilə uçan təyyarə əyləc sisteminin sensorunun nasazlığı səbəbindən Jukovski hava limanına qayıdıb", - mənbə qeyd edib.

Onun sözlərinə görə, təyyarə normal rejimdə eniş edib.