Bayram günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq GÜNDƏM

Gündəm
19 Mrt 2021
18:29
Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən, martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.