Şəhid İsgəndərov İlkin camal oğlu. Sənsiz bir il

Gündəm
25 Ekm 2021
14:14
İsgəndərov İlkin Camal oğlu,əslən Qubadlı rayon Hacılı kəndindən olsada 18.03.1999-cu ildə Sumqayıtda Anadan olub.2005-ci ildə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbdə 1-ci sinifə getmiş və ordada təhsilini başa vurmuşdur.24.04.2018-ci ildə hərbi xidmətə yollanır.Xidməti dövründə İlkin o qədər vətəninə bağlı idi ki, köksünün altında sanki kiçik bir Azərbaycanı vardı.İlkin xidməti 01.10.2019-cu ildə bitirmişdi.Körpə yaşlarından ailənin ilk çırağı olan bu uşaq hər kəsin etimadını qazanmış,mülayim və xoş xasiyyəti,ailəcanlılığı,vətənpərvərliyi,xüsusilə tərbiyəsi ilə onu tanıyanların sevimlisi olmuşdu.İlkin gənc yaşlarından ailə yükünü çiyinlərinə götürüb öz şəxsi arzu və xəyallarını arxa plana atmışdı.Dilə gətirdiyi isə iki arzusu vardı.Birincisi evlənib Anasını nənə eliyib övladının adın Yusif qoymaq idi,digəri isə Vətənini azadlığı və bütövlüyü idi.O,bunu şərəf məsələsi sayır,hər an döyüşə hazır olduğunu bildirirdi.Elə də oldu.Müharibənin ilk günlərində canla başla döyüşə,Vətənə xidmət eləməyə könüllü olarağ 21.09.2020-ci ildə getmişdi.Son dəfə Şəhid olmamışdan bir neçə saat öncə Anası ilə danışıb" Cavuş rütbəsi almışam Ana çox sevincliyəm,öndəyəm Ana,mənnən narahat olma,hər şey yaxşıdı,Kəndimizə az qalıb ilk addımı özüm atacam Kəndimizə sora siz gələrsiz.özünnən muğayət ol Ana Allaha əmanət olun,özüvüzü qoruyun.,,deyib,sonrada yoldaşları ilə böyük ruh yüksəkliyi ilə ll Qarabağ müharibəsində Fizuli uğrunda gedən döyüşlərdə iştirak etmiş və sora Cəbrayıla gəlib.Füzuli uğrunda gedən döyüşlərdə 25.10.2020-ci ildə Qəhramancasına Şəhidlik zirvəsinə ucalmısdır.Qəhraman İlkin özü də bir ovuc Qarabağ torpağına çevrilir.Ondan geriyə qalan isə şücaətli döyüş yolu,Qəhraman yoldaşlarının haqqında söylədikləri və bir ömürlük xatirə olan səkilləri,telefon səsləridir.