Novruzda restoranlar, gözəllik salonları və mağazalar işləyəcəkmi?

Gündəm
11 Mrt 2021
21:04
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunduğundan sosial şəbəkələrdə karantin rejiminin sırtləşəcəyi ilə baölı xəbərlər səngimək bilmir.

Hətta Novruz bayramında kafe və restoranların yenidən bağlanacağı ilə bağlı fikirlər də səsləndirilir. Novruz bayramında kafe, restoranlar, geyim mağazaları, gözəlik salonları və bərbərxanalar yenidən bağlanacaqmı?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, yoluxma sayı artmaqda davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər. Amma bayram günlərindən vətəndaşlarımızın karantin qaydalarına necə əməl etməsindən çox şey aslıdır. Yəni biz qapalı mühitdə karantin qaydalarına daha çox əməl etməliyik. Yoluxma sayını artıracaq hər bir yerdə qayda-qanun yaradılmalıdır. Marketlərdə, mağazalarda, nəqliyyatda, kafe və restoranlarda karantin qaydalarına əməl edilməsi vacibdir. Bayram günü hədiyyə almaq üçün sıraya düzülənlərin, yaxınlarının evinə bayramlaşmaya gedənlərin sosial məsafəni qoruması və maskadan düzgün istifadə etməsi çox vacibdir. Özündə narahatlıq hiss edənlər və qızdırması olanlar yaxşı olar ki, evdən çıxmasın. İnsanlar da məsuliyyətli olmalı və ictimai nəqliyyata qaydalara ciddi əməl etməlidirlər. Qaldı ki, bayram günlərində kafe, restoranlar, mağazalar və gözəlik salonlarının qapadılmasına, bununla bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, Operativ Qərargah bayram günləri ilə bağlı epidemioloji vəziyyəti nəzərə alıb, düzgün qərar qəbul edəcək".