Hazırda tıxac olan yolların - Siyahısı

Gündəm
23 Tem 2021
09:30
Hazırda yollardakı vəziyyət açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən “zirvetv.az a"Hazırda tıxac olan yolların - Siyahısı verilən məlumata görə, bu yollarda tıxac müşahidə olunur:

1. Bakı-Sumqayıt şossesində (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur;

2. Binəqədi şossesində (Əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq;

3. Ziya Bünyadov prospektində (Əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq əsas yol, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq;

4. Tbilisi prospekti- əsas yol və köməkçi yolda (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;

5. Üzeyir Hacıbəyli küçəsində (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) nisbətən sıxlıq;

6. Yavər Əliyev küçəsində (Aeroport şossesinə çıxan yol) sıxlıq;

7. Zabrat şossesində (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;

8. Mikayıl Əliyev küçəsində (Heydər Əliyev prospekti- köməkçi yol istiqamətində) sıxlıq