İyunun 28-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək

Gündəm
26 May 2021
20:38
İyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Zirvetv.az -in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.