Şəhid Fərəcov Zülfüqar Museyib oğlu

Gündəm
27 Nis 2021
15:35
Şəhid Fərəcov Zülfüqar Museyib oğlu

Şəhid Fərəcov Zülfüqar Museyib oğlu1977-ci ildə Əmirallar kəndində anadan olmuşdur.
O ilk təhslini Xocavənd rayon Əmirallar kənd tam orta məktəbində almışdır. Daha sonra Zülfüqar 1995-1998-ci illərdə isə həqiqi hərbi xidməti başa vurduqdan sonra illər keçməyinə baxmayaraq içindəki Vətən sevgisi, düşmənə olan nifrəti onun yenidən xidmət etmək istəyinə səbəb oldu. 2014-cü ilin aprel ayının 23-də yenidən hərbi xidmətə qayıdaraq N saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmət (MAXE) qulluqçusu kimi snayperçi olaraq hərbi xidmətə başlayır. Xidmətdə olduğu dövlərdə onlarla erməni hərbiçisini dəqiq atəş ilə məhv edən Zülfüqar düşmənin qorxulu röyasına çevrilmişdi. Zülfüqar 28 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda xüsusi şücaət göstərərək, qəhrəmanlıqla Şəhid oldu. Onun 1 övladı var.