Şəhidimiz Nəriman Nurəhmədoglu Əlizadə

Gündəm
9 Nis 2021
12:17
Bugün (6 aprel) gözəl gülüşlü,yaraşıqlı,futbolçu Şəhidimiz NƏRİMAN NURƏHMƏD oğlu ƏLİZADƏnin doğum günüdür.
Nəriman, 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.
Nəriman Əlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və şəhid olmuşdur.
Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbrstanlığnında dəfn olunmuşdur.
Mövludun mübarək nurüzlu qəhrəmanımız.