Daha bir məktəb direktoru koronavirusdan vəfat etdi

Gündəm
7 Nis 2021
19:02
Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

“zirvetv.az_in məlumatına görə, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub

Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.